YERİN ALTINI DA BİLİR, ÜSTÜNÜ DƏ

hər şeydən məlumatlı, çoxbilmiş adam haqqında işlədilən ifadə.

YERİ YOXDUR
YERİN MƏLUM
OBASTAN VİKİ
Da Da Dam
Da Da Dam — Finlandiyanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Paradise Oskar ifa etdiyi mahnı.
Yerin atmosferi
Atmosfer (q.yun. ἀτμός — buxar və σφαῖρα — sfera) – Yeri əhatə edən hava təbəqəsi. Atmosferin qalınlığı 3000 km olub, Yer kürəsi ilə birlikdə fırlanır. == Tərkibi == Atmosfer eyni zamanda Yerin qaz təbəqəsidir və tərkibi müxtəlifdir. Atmosfer iki əsas qazdan, 78% azot, 21% oksigen ibarətdir (karbon cəmi 0,03%-dir). Azot yunanca "azos" sözündən olub, "cansız, həyata kömək etməyən" mənasında işlənməsinə baxmayaraq o, canlılar üçün mühüm qazlardan biri sayılır. Azotun dövranını müxtəlif canlı orqanizmlər yaradır. Oksigen atmosferdə daha fəal element olduğu üçün canlıların tənəffüsündə, yanmada və s. iştirak edir. Onun rəngi, iyi və dadı yoxdur.
Yerin mantiyası
Mantiya (yun. mantion- plaş, örtük) — Yer kürəsinin Maxaroviçiç sərhədindən (30–35 km, Yer qabığının dabanı) 2900 km dərinliyə kimi (nüvənin xarici Vixert-Qutenberq sərhədi) olan hissəsi. Əsasən, maqnezium və dəmirlə zəngin olan ağır minerallardan təşkil olunmuşdur. Mantiya quruluşuna görə 3 hissəyə bölünür: üst (300 km-ədək), orta (300–950 km) və alt (950–2900 km) mantiya. Tektonik hərəkətlər, maqmatizm və s. proseslər mantiya ilə əlaqədardır.Yerin mantiyası Yerin nüvəsinin xarici sərhədində uzununa dalğaların sürəti (Vp) orta hesabla 8 km/s-dan (7,8–8,5 km\s) ~ 13,6 km\s-dək (nüvənin Perqam sərhədində), eninə dalğaların (Vs) sürəti isə uyğun olaraq 4,4–7,3 km\s-dək artır. Yerin mantiyası sıxlığın şaquli paylanması yer qabığının altında 3,3–3,5 q\sm3-dək, nüvənin xarici sərhədində 5,6–5,9 q\sm3-dək dəyişir. Yerin mantiyası üçün ağırlıq qüvvəsinin (g) hesablanmış qiyməti dəyişməz kəmiyyətdir: g"const"1000 sm\san2. Yer qabığı altında təzyiq 1,3–1,4 mln. atm-ə yaxındır.
Yerin orbiti
Yerin orbiti – (rus. орбита Земли, ing. Earth`s orbit) Günəş ətrafında Yerin illik yolu; birinci yaxınlaşmada ellips for­masında olur ki, onun da fokus­larının birində Günəş yerləşir. İl ərzində Günəşlə Yer arasındakı məsafə 147,117 mln. 29,27 km/san /afelidə/ arasında tərəddüd edir.
Yerin quruluşu
Yerin quruluşu deyildikdə, adətən, onun daxili quruluşu, yəni planetin qabığından başlamış ta mərkəzinə qədər olan dərinlik quruluşu nəzərdə tutulur. Yer kürəyə yaxın formaya malikdir (ekvatoryal diametr - 12 754 km, qütb diametri isə - 12 711 km-dir) və bir neçə qatdan ibarətdir. Yerin daxili quruluşu haqqında ən səhih məlumatı seysmik dalğalar, yəni zəlzələlərin səbəb olduğu Yer maddələrinin rəqsi hərəkətləri üzərində müşahidələr verir. Bu zaman üç dalğa tipi yaranır: Uzununa dalğalar (P) — maddənin öz vəziyyəti yaxınlığında dalğanın yayılma istiqaməti üzrə elastik rəqslərindən ibarətdir, yəni onun dəyişən sıxılması və dartılmasıdır. Eninə dalğalar (S) — dalğaların yayılması perpendikulyar istiqamətdə maddənin rəqsləridir; onlar maddənin üfüqi yerdəyişməsi, yəni formasının dəyişməsi ilə əlaqədardır.Yer üç əsas təbəqə, yaxud geosferdən ibarətdir: 70 km dərinliyə qədər Yer qabığı, ondan altdan 2900 km dərinliyə qədər Yerin mantiyası (Yuxarı mantiya və Aşağı Mantiya) və ondan Yerin mərkəzinə qədər nüvə. Yer nüvəsi xarici və daxili nüvələrə ayrılır. == Quruluşu == Seysmoqramların, yəni Yer səthinin müxtəlif nöqtələrində yerləşmiş seysmik stansiyalarda zəlzələ dalğalarının formasının, qiymətinin və keçmə sürətinin qeydə alındığı sənədlərin tutuşdurulması dalğaların bütün Yer cismindən keçmə sürətini və məsafəsini müəyyənləşdirməyə imkan verir. Əgər Yer bir cinsli olsaydı, ondan keçən dalğanın yolu düzxətli, sürəti isə hər yerdə eyni olardı. Həqiqətdə isə dalğalar çox mürəkkəb yol keçir. İlk sıçrayış səthi orta hesabla təqribən 60-70 km dərinlikdədir.
Yerin tarixi
Yerin tarixi dedikdə Yer planetinin yarandığı andan müasir dövrə qədər keçdiyi mərhələlər (eon, era, dövr, epoxa) və bu mərhələrədə müşahidə olunan əsas dəyişikliklər nəzərdə tutulur. Tarix boyu Yer planeti və onun üzərindəki həyat vahid bir orqanizm kimi inkişaf edib. Yerin həm daxilində, həm də səthində baş vermiş bütün proses və hadisələr həmişə bir- birilə sıx əlaqədə olmuşdur. "Geoloji zaman" anlayışını ilk dəfə kim tərəfindən işlədildiyini demək çətindir. Amma süxurların əmələ gəlməsi barədə " tez" və "gec" anlayışlarını ilk dəfə olaraq, danimarkalı alim Nils Steno işlətmişdir. Steno 1669-cu ildə dərc olunmuş "Prodramus" adlı geloji-tarixi əsərində belə bir prinsip formlaşdırmışdır: "Üstdə yatan lay altda yatan laydan gec əmələ gəmişdir". Ümumiyyətlə, Steno tərəfindən aşkar olunmuş qanunauyğunluq sonradan stratiqrafiyada dörd əsas prinsipi adını almışdır. . Yer planeti 4,6 mlrd. il bundan əvvəl əmələ gəlmişdir. O vaxt o, nə daxili quruluşuna, nə də xarici görünüşünə görə müasir Yerə oxşamırdı.
Yerin yaşı
Yerin yaşı - müasir radioloji üsullara görə, yerin yaşı - bir neçə mlrd. il olduğu güman edilir. Yer qabığının ən qədim sahələrinin yaşında və ya yerin yaşı - aşağı hüdudu 3.5¸4 mlrd. ildir. Digər tərəfdən, yerin yaşı -elementlərin minimal yaşından (5.5¸6 mlrd. il) çox ola bilməz. Bundan başqa, Yerin və protometeorit planetlərinin yaşı təxminən eynidir və deməli, meteoritlərin yaşına (4,5 ×109 il) yerin yaşı - xeyli yaxın olmasını söyləməyə kifayət qədər əsas vardır. Protometeorit planetin və ya planetlərin diferensiyası natamam və nisbətən qısamüddətli olmuşdur. Buna görə meteoritlərin yaşı yer qabığının yaşından çox və yerin yaşı - yaxındır. Beləliklə, yerin yaşı - 4.5¸5.5 mlrd.
Tısbağalar uça bilir
Tısbağalar uça bilir-(Kurmanc dilində Kûsî Jî Dikarin Bifirin; farsca Lākpošthā Ham Parvāz Mikonand) Kürd müharibəsi dram filmi olub, Bahman Qobadi tərəfindən ssenarisi yazılmış və rejissorluğu edilmişdi. Filmdə Hüseyn Əlizadənin məşhur musiqisi səsləndirilmişdir. Film, Səddam Hüseyn rejiminin süqutundan sonra çəkilmiş ilk İraq filmi oldu. == Məzmun == Film, ABŞ-nin İraqın işğalı ərəfəsində İraq-Türkiyə sərhəddindəki kürd qaçqın düşərgəsində qurulub. Filmin əsas qəhrəmanları uşaqlardı. Ata-analarını, yaxınlarını itirən kimsəsiz uşaqlar. On üç yaşlı Satellite (Soran Ebrahim) zəif ingilis dili biliyi və antenaların quraşdırılması ( yerli kənd camaatının Səddam Hüseyn xəbərlərini izləməsi üçün) ilə tanınır. O dinamikdir, uşaqları başına toplayarq onlara təsir eməyə çalışır və onları təhlükəli işlərə yönəldir. Bu uşaqların çoxusu davamlı olaraq xəsarət alır. Lakin özlərini təsdiqləmək üçün tapşırıqları yerinə yetirirlər.
Da (hərf)
Դ, դ (səslənməsi: da, erm. դա) — erməni əlifbasının dördüncü hərfi. Orta əsrlərdə "yerkatagir", "qraçagir", "notrgir", "şxagir" yazı üslublarında istifadə edilmişdir.
Da Vinçi
Leonardo di ser Pyero da Vinçi (it. Leonardo di ser Pyero da Vinçi; 15 aprel, 1452–2 may, 1519) — Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı. İtaliya İntibahının rəmzi sayılan "Universal insan" (ing. Homo Universale) tipinin ən parlaq nümayəndəsi. İkinci minilliyin adamı seçilmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Uşaqlığı (1452–1466) == Leonardo 15 aprel 1452-ci ildə (köhnə stillə) Mediçilərin rəhbərlik etdiyi Florensiya Respublikasının ərazisində, Arno çayı vadisindəki Vinçi şəhəri yaxınlığında Ankiano kəndində Messer Pyero (1427–1504) adlı notariusun və Katerina adlı sadə kəndlinin övladı olaraq dünyaya göz açmışdır. Leonardonun babası Antonio da Vinçinin (1372–1468) öz gündəliyində bu barədə etdiyi qeyd belə səslənir: "Şənbə günü, 15 apreldə gecə saat 3-də nəvəm — oğlum Pyeronun oğlu anadan oldu. Uşağa Leonardo adı verildi. Onu Pyero di Bartolomeo xaç suyuna çəkdi".
Tanrı bilir (film, 1995)
Ram Jaane (nəstəliq: رام جانے, mənası: Tanrı bilir) Raciv Mehranın rejissorluq etdiyi Bollivud filmidir.
Yerin alt mantiyası
Yerin alt man­tiyası – (rus. нижняя мантия Земли, ing. lower mantle of the Earth) mantiyanın bir hissəsi olub, 800–900 km-dən 2900 km-ə qədər dərinlikdə, Yerin nüvəsilə Yerin üst mantiyası arasında yerləşir.
Yerin cazibə qüvvəsi
Cazibə qüvvəsi, qravitasiya qüvvəsi və ya sadəcə cazibə (lat. gravitas—"ağırlıq") — kütləyə malik maddi obyektlərin bir-birini cəzb etməsini bildirən təbii fenomen və fizikada təbiətin dörd fundamental qüvvələrindən biridir (başqalar güclü, elektromaqnit, zəif qüvvələr olmaqla). Cazibənin qarşılıqlı təsiri cazibə sahəsi vasitasilə yayılır və zəif olduğundan elementar zərrəcik fizikasında nəzərə alınmır.Yerin cazibə qüvvəsi nəticəsində cisimlər Yer tərəfindən cəzb edilir. Bu qüvvə həm də Yerin və başqa planetlərin trayektoriyasını təyin edir və bununla astronomiyada böyük rol oynayır. Müasir fizika cazibəyə Ümumi Nisbilik Nəzəriyyəsi çərçivəsində yanaşır, yəni fəza-zamanın əyriliyi kimi. Nyutonun nəzəriyyəsi cazibəni qüvvə kimi hesab edir və Nyutonun Ümumdünya Cazibə Qanunu asan olduğundan bir çox hesablamalarda təqribi qiymətləri tapmaq üçün istifadə olunur. == Yaranmasına dair == Qədim hind müəllifləri sərbəst düşməni artıq cismin kütləsi ilə mütənasib olan və yerin mərkəzinə yönəlmiş qüvvə ilə izah etmişlər. Aristotel yeri bütün cismləri özünə cəlb edən cism kimi təsvir etmişdir. Fars astronomu Məhəmməd ibn Musa IX əsrdə fəza cismlərinin hərkətini casibə qüvvəsi ilə izah etmişdir. Əl-Biruni XI əsrdə hind dilində olan materialları ərəb dilinə çevirir.
Yerin elektrik sahəsi
Yerin elektrik sahəsi — atmosferin ionosfer adlanan qatı ilə yer səthinin birlikdə kondensator əmələ gətirməsinə deyilir. Atmosfer ionosfer adlanan qatı yerin səthi ilə birlikdə sferik kondensator əmələ gətirir. İonosfer müsbət, litosfer isə mənfi statik elektrik yüklərinə malikdir. Atmosferin sıx hava təbəqəsi bu iki qat arasında naqil rolunu oynayır. Kondensatorun elektrik yükü qiymətcə yüksəkdir. Atmosferin aşağı qatlarında elektrik sahəsinin gərginliyi təxminən 100 B/m, ildırımlı havada isə daha çox olur. Atmosferdə elektrik sahəsinin yaranması Günəş şüalarının təsiri altında onun üst qatlarında gedən ionlaşma prosesi ilə əlaqədardır. Günəşin səthində qısamüddətli xromosom partlayışları müşahidə olunur və onlar atmosferin 100-300 km hündürlüyündə müxtəlif cinsli ionlaşma əmələ gətirir; bu kütlə yüksəkdə əsasən küləklə qarışaraq atmosferdə və yer qabığında dəyişən elektromaqnit sahəsi yaradır. Beləliklə, litosferdə tellurik cərəyan yaranir. Bunu torpağa basdırılmiş və ucu qalvonometrlə birləşdirilmiş elektrodlar vasitəsi ilə qeydə almaq mümkündür.
Yerin kosmosdan öyrənilməsi
Yerin kosmos­dan öyrənilməsi – (rus. изучениe Земли из космоса, ing. Earth`s study from the space) Yerin süni peyklərində yerləşdirilmiş avtomatik kosmik cihazlar vasi­təsilə alınan geoloji və geofiziki məlumatların işlənilməsi və bu məlumatlardan Yerin inkişaf və quruluşunda əsas qanunauyğunluğu müəyyən etməkdə, eyni zamanda faydalı qazıntıların axtarışında, qlobal və regional geoloji struktura­ların öyrənilməsində, geoloji xəri­tələşdirmədə, müasir fiziki-geoloji proseslərin öyrənilməsində və digər məqsədlər üçün istifadə edilməsi. Yerin kosmosdan öyrənilməsində həmçinin kosmik şəkillərin /fo­toqrafik və televiziya/ geoloji və geomorfoloji deşifrə edilməsindən də istifadə olunur.
Yerin mərkəzinə səyahət
Yerin mərkəzinə səyahət (fr. Voyage au centre de la Terre) 1864-cü ildə Jül Vern tərəfindən yazılmış fantastik romandır. Romanın qəhrəmanı Alman professor Otto Lidenbrok yerin mərkəzinə qədər uzanan vulkanik dəliklərin olmasına inanır. O və onun qardaşı oğlu Aksel və bələdçi Hans İslandiyadakı vulkan Snayfeldsin içinə enirlər. Bu səyahət zamanı onları müxtəlif macəralar, təbiətin sürprizləri və nəsli kəsilmiş heyvanlar gözləyir. == Süjet xətti == Hekayə 1863-cü ilin mayında professor Lidenbrokun yeni aldığı original Run manuskriptini araşdırmaq üçün evə tələsməsi ilə başlayır. Araşdırma zamanı Aksel və professor Run əlyazmasını Latın hərflərinə transliterasiya etməyi bacarırlar. Sonda Aksel cümləni arxadan əvvələ oxumaqla kodu çözə bilir. Lakin bu açılımın professoru təhlükəli səyahətə sövq edəcəyindən qorxaraq kodu tapdığını söyləmir. Ancaq professor bu şifrəni çözməyə çox inadlı olduğundan şifrə açılmayınca heç kimə (hətta özünə belə) otaqdan çıxmağa hətta yemək yeməyə belə icazə vermir.
Yerin peykəbənzər asteroidləri
Yer ətrafı peykəbənzər asteroidlər — Yer ətrafında bir neçə möcüzəvi obyekt var ki, onları bəzi ədəbiyyatda “ İkinci ay” və ya “Yerin ikinci peyki” adlandırırlar. Bunlar Yer orbiti ilə orbitləri 1:1 rezonansında olan asteroidlərdir. Bu obyektlərin müşahidəsi olduqca möcüzəvi trayektorialar göstərir. Bu onunla əlaqədardır ki, bir tərəfdən onların orbitlərinin ekssentresiteti Yerin ekssentresiteti ilə müqaisədə xeyli böyükdür. Diqar tərəfdən orbitlər ekliptikaya müəyyən meylə malikdilər. Bu obyektləri Yerin peykəbənzər obyekti adlandırırlar. == (3753) Kruitni == Ən məşhur peykəbənzər asteroid (3753) Kruitnidir (lat Cruithne) 1986 ildə Duncan Waldron tərəfindən kəşf olunmuşdur. Onun orbiti üç planetin orbiti ilə kəsişir: Yer, Mars və Venera. Amma Yer orbiti ilə rezonansda olduğa görə o, Yerin peykəbənzər obyekti kimi təsniflənir. Kruitninin orbiti sinxron olduğuna baxmayaraq yer orbiti ilə tam kəsişmir.
Yerin qütblərinin hərəkəti
Yerin qütbləri­nin hərəkəti – (rus. движение полюсов Земли, ing. movement of the Earth`s poles, Earth`s polar motion) yer səthinə görə coğrafi qütblərin yerdəyiş­məsi. Yerin daxili qurluşunun yekcins olmaması ilə, eləcədə möv­sümü meteoroloji hadisələrlə əlaqə­dar olaraq Yerin fırlanma oxunun vəziyyətinin ani dəyişməsi nəticə­sində yaranır. Yerin qütbləri müəy­yən orta vəziyyət ətrafında, ondan 25-30 metrdən çox uzaqlaş­ma­maqla, mürəkkəb əyrilər üzrə hərəkət edir.
Yerin təbii zonaları
Arktik səhralar
Yerin əsas suayrıcı
Yerin əsas suay­rıcı – (rus. главный водораздел Земли, ing. continental divide, continental watershed) Atlantik və Şimal Buzlu okeanlarına tökülən çay hövzələrini Sakit və Hind okeanlarına tökülən çay hövzələrindən ayıran suayrıcı. Avstraliyadan başqa bütün mate­riklərdən keçir.
BƏƏ-də təhsil
BƏƏ-də təhsil — Ərəbistan yarımadasının şərq hissəsində, Fars və Oman körfəzləri sahilində yerləşən Birləşmiş Ərəb Əmirliklərində mövcud olan çoxşaxəli təhsil sistemi. == Tarixi == BƏƏ tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. BƏƏ-nin müasir təhsil sistemi əsasən XX əsrin ikinci yarısından sonra formalaşıb. 1952-ci ildə ölkədə çox az sayda formal məktəblər fəaliyyət göstərirdi. 1960-1970-ci illərdə məktəblərin yaradılması proqramının tətbiqi təhsil sisteminin nisbətən genişlənməsinə səbəb oldu. BƏƏ-də neft yataqlarının işlənilməsinə başlandıqdan sonra təhsilin inkişafına daha böyük diqqət yetirilmişdir. Ölkədə təhsil ən prioritet sahələrdən biri kimi önə çəkilib. İxtisaslı mütəxəssislərin yetişdirilməsi üçün investisiya qoyuluşunun ölkənin gələcəyi baxımından əhəmiyyətini qəbul edən BƏƏ federal hökumətin ümumi xərclərinin 25 faizini təhsilə sərf edir. Ölkə üzrə savadlılığın ümumi səviyyəsi 91 faiz təşkil edir. Bu ölkədə əhalinin savadlılıq səviyyəsinin yüksəlməsinə nail olmaq üçün bir sıra davamlı tədbirlər həyata keçirilir.
SSRİ-də sənayeləşmə
SSRİ-də sənayeləşmə 1929-cu ilin mayından 1941-ci ilin iyununa qədər həyata keçirilən inkişaf etmiş kapitalist dövlətlərindən iqtisadiyyatın geri qalmasını azaltmaq məqsədilə Sovet İttifaqının sənaye potensialının sürətlə artması prosesindən ibarət idi. Sənayeləşmənin rəsmi vəzifəsi Sovet İttifaqının əsasən aqrar dövlətdən aparıcı sənaye dövlətinə çevrilməsi idi. Sosialist sənayeləşməsinin başlanğıcı "cəmiyyətin kökündən yenidən qurulmasının üçqat tapşırıqı" (sənayeləşmə, kənd təsərrüfatının kollektivləşdirilməsi və mədəni inqilab) tərkib hissəsi kimi əsası xalq təsərrüfatının ilk beşillik inkişaf planı (1928-1932) ilə qoyulmuşdur. Bu dövrdə yeni dövlət istehsal fondlarının yaradılmasına 45 000 000 000 rubl sərmayə qoyulmuşdur. Sovet dövründə sənayeləşmə, sovet mətbuatının yazdığı kimi, böyük qoçaqlıq hesab olunurdu. Ağır sənaye istehsalının istehsal güclərinin və həcmlərinin sürətlə artması kapitalist ölkələrindən iqtisadi müstəqilliyin təmin edilməsi və ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün böyük əhəmiyyətə malik idi. Bu zaman Sovet İttifaqı aqrar ölkədən sənaye ölkəsinə keçid etdi. Böyük Vətən müharibəsi zamanı Sovet sənayesi nasist Almaniyasının sənayesi üzərində üstünlüyünü sübut etdi. == QOELRO == Ölkənin elektrikləşdirilməsi planının hazırlanmasına hələ 1915-ci ildə başlanılıb və müəyyən fasilədən sonra bolşeviklərin dövründə davam edib. 1920-ci ilin dekabrında QOELRO planı VIII Ümumrusiya Sovetlərinin qurultayı tərəfindən bəyənilmişdir, bir il sonra isə IX Ümumrusiya Sovetlərinin qurultayı təsdiq edilmişdir.
SSRİ-də təhsil
SSRİ-də xalq təhsili sistemi — Sovet İttifaqında mövcud olan təhsil sistemidir. Sovet İttifaqında təhsil şəxsiyyət xüsusiyyətlərinin tərbiyəsi və formalaşması ilə sıx bağlı idi. Sovet məktəbi təkcə ümumtəhsil problemlərini həll etməyə, şagirdlərə təbiətin, cəmiyyətin və təfəkkürün inkişaf qanunauyğunluqları haqqında bilikləri, əmək vərdiş və bacarıqlarını öyrətməyə deyil, həm də bu əsasda şagirdlərin kommunist baxışlarını və əqidəsini formalaşdırmaq, tələbələri yüksək mənəviyyat, sovet vətənpərvərliyi və proletar beynəlmiləlçiliyi ruhunda tərbiyə etmək idi . == Tarixi == Sovet İttifaqında təhsilin prinsipləri hələ 1903-cü ildə RSDLP-nin II Qurultayında elan edilmiş RSDLP Proqramında təsbit edilmişdir: hər iki cinsdən olan uşaqlar üçün 16 yaşa qədər universal pulsuz icbari təhsil; sinif məktəblərinin ləğvi və milli əsaslarla təhsildə məhdudiyyətlər; məktəbin kilsədən ayrılması; öz ana dilində öyrənmək və s. Sovet dövləti yaranandan bəri təhsilə üstünlük verilirdi.1917-ci il noyabrın 9-da (1917-ci il oktyabrın 26-da (8 noyabr) II Ümumrusiya Sovetlər Qurultayından sonrakı gün) Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin birgə dekreti ilə təhsil üzrə Dövlət Komissiyası yaradıldı bütünlükdə xalq maarif və mədəniyyət sistemini idarə etmək vəzifəsi həvalə edilən təhsil üzrə Dövlət Komissiyası yaradılmışdır. Rusiya Sosialist Federativ Sovet Respublikası zəhmətkeşlərin biliyə real çıxışını təmin etmək üçün fəhlələri və ən yoxsul kəndliləri tam, hərtərəfli və pulsuz təhsillə təmin etmək vəzifəsini qoyur. 1918-ci ilin oktyabrında "RSFSR-nin vahid əmək məktəbi haqqında" əsasnamə məktəb yaşlı uşaqların pulsuz və birgə təhsilini tətbiq etdi . 1919-cu il dekabrın 26-da ölkə əhalisinin səkkiz yaşından əlli yaşınadək oxuyub yaza bilməyən bütün əhalisinin öz istəkləri ilə öz ana və ya rus dilində oxumağı və yazmağı öyrənməli olduğunu bildirən fərman imzalandı. Əhalinin əhəmiyyətli hissəsinin, xüsusən də kəndlilərin savadsızlığı ciddi problem idi. Sovet rəhbərliyi ümumi savadlılığa nail olmağı prioritet məsələlərdən biri hesab edirdi.
Sənə də qalmaz
Sənə də qalmaz — musiqisi Tofiq Quliyev tərəfindən 1960-cı illərdə yazılmış, sözləri Rəsul Rzaya məxsus olan mahnıdır.İlk dəfə Rəşid Behbudov tərəfindən ifa edilmişdir. Sonralar Müslüm Maqomayev, Şövkət Ələkbərova, Lütfiyar İmanov, Rauf Atakişiyev, Faiq Ağayev, İran müğənnisi Sami Yusuf, Türkiyə müğənnisi Rafet El Roman və bir çox populyar müğənnilər tərəfindən ifa edilmişdir.
Tintin SSRİ-də
Tintin Sovetlər ölkəsində - Belçika yazıçısı Erjenin yazdığı Tintin macəralarından biri. Tintin macəralarının birincisidir. 20 yanvar 1929-cu ildən 11 may 1930-cu ilə kimi "Le Petit Vingtième" yayımlanmışdır. == Mövzu == Tintin sadiq iti Milu ilə birlikdə işlədiyi qəzetdən iş üçün SSRİ-nin paytaxtı Moskvaya göndərilir. Onun mindiyi qatar Rusiya gizli polis təşkilatı tərəfindən partladılır və bu "qəza"nın müqəssirinin Tintin olduğunu iddia edirlər. Tintin həbsxanaya göndərilir, amma polisdən yayınaraq oradan qaça bilir. Daha sonra maşın oğurlayır və Moskvaya çatmazdan qabaq başına bir neçə hadisə gəlir. Burada o, SSRİ-nin silah gücü ilə insanlara səs verdirtdiyini və boş fabrikaların sadəcə əcnəbiləri aldatmaq üçün tikildiyini görür. Həmçinin SSRİ-nin sadəcə kommunist olan gəncləri işlə təmin etdiyini öyrənir. Tintin Moskvanın buğda cəhətdən aclıq çəkdiyini, beləcə SSRİ liderlərinin kommunist maskası altında tarlaları talan etmək fikirlərini görür.
БМП в доверше́ние опозда́лый отло́манный разма́тываться репти́лия ссужа́ться кира́са кра́ше в гроб кладут несамостоя́тельный обличи́тельница пехту́ра разня́ться Abbey conte decontaminant dry-rot higher-up measly precept solicit tetrasome дошкольный мухоловка отуманить